
Britaniyanın “Xalo trast” mina təmizləmə təşkilatının əməkdaşları Azərbaycanın işğal olunmuş Ağdərə rayonu ərazisində mina partlaması nəticəsində ölüb və yaralanıb.
Gununsesi. info Shamshyan.com-a istinadən xəbər verir ki, mina partlaması nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Məlumatı təşkilatın Xankəndində yerləşən ofisi də təsdiqləyib.
Bildirlib ki, partlayış nəticəsində ölən və yaralananlar var. Hazırda təşkilatın bütün əməkdaşları hadisə yerindədir. Hadisənin necə baş verməsi barədə geniş məlumat verilmir.
Gununsesi.info