
Qarabağdakı keçmiş xunta rejiminin qondarma “prezidenti” Samvel Şahramanyan artıq Ermənistan ərazisindədir. O, Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a onun yaxın çevrəsindəki mənbə məlumat verib.
Qeyd edək ki, Azərbaycan hakimiyyəti Qarabağdakı xunta rejimin üç keçmiş “prezidenti” Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan, qondamra parlamentin “spikeri” David İşxanyan, keçmiş oyuncaq “xarici işlər naziri” David Babayan, keçmiş “ordu komandirləri” Levon Mnatsakanyan, keçmiş “dövlət naziri” Ruben Vardanyan və keçmiş “qərargah rəisi” David Manukyanı saxlayıb.
Səid Əhmədli
Gununsesi.info