SON DƏQİQƏ: Tofiq Yaqublu həbs edilir? -EVİNDƏ AXTARIŞ BAŞLADI

  • By admin
  • 14 Dekabr 2023 18:33

Dekabrın 14-də axşam Nərimanov rayon polisi siyasi fəal, Müsavat Partiyasının üzvü və keçmiş siyasi məhbus Tofiq Yaqublunun mənzilinə gəlib.

Gununsesi.info bildirir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkədə yazıb.

O, baş verənlərin səbəbini bilmədiyini deyib.

DİN-nin Mətbuat Xidmətindən Yaqublunun saxlanılması barədə məlumat təsdiqlənib.

Gununsesi.info