SON DƏQİQƏ: Tokayev Qazaxıstan hökumətini istefaya göndərdi

  • By admin
  • 05 Fevral 2024 14:25

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublika hökumətinin istefasını qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qazaxıstan Baş nazirinin vəzifələri müvəqqəti olaraq baş nazirin birinci müavini Roman Sklyarına həvalə edilib.

Eyni zamanda, Nazirlər Kabinetinin üzvlərinə hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrinin icrasını davam etdirmək tapşırılıb.

Gununsesi.info