SON DƏQİQƏ: Ukrayna Xersonda Rusiyanın birinci müdafiə xəttini yardı

Ukrayna hərbi qüvvələri Xerson istiqamətində əks-hücuma keçib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Kiyev Independent” məlumat yayıb.

HTML tutorial

Məlumatda bildirilib ki, Ukrayna qüvvələri Xerson yaxınlığında Rusiyanın birinci müdafiə xəttini yarıblar.

“Əsas körpülərin əksəriyyəti yararsız hala salınaraq, müvəqqəti işğal altında olan Ukrayna bölgəsinə ağır Rusiya silahlarının çatdırılmasına imkan verilmir”.

Ukraynanın “Cənub” operativ komandanlığının rəsmisi Natalya Qumenyuk da məlumatı təsdiqləyib.

“Biz bir neçə istiqamətdə hücum əməliyyatlarına başlamışıq və rəqibin birinci müdafiə xəttini yarmışıq. Təbii ki, həmin istiqamətlərin adını çəkməyəcəyik”, o deyib.

Gununsesi.info