Ukraynalı əsirləri daşıyan İl-76 tipli təyyarənin Rusiyanın Belqorod vilayətində qəzaya uğradığı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Təyyarədə əsir mübadiləsi üçün Belqoroda aparılan 65 ukraynalı hərbi əsir, həmçinin 6 nəfərlik ekipaj və daha 3 nəfərin olduğu bildirilib.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Koroçanski rayonunda “hadisə yerinə” getdiyini bildirib.
“Koroçanski rayonunda insident. Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. İş qrafikimi dəyişib əraziyə getdim. Bütün təfərrüatlar sonra gələcək”, – deyə o, “Telegram” kanalında yazıb.
Hadisə anının yayımlanan görüntülərində təyyarənin alovlandığı görünür.
Gununsesi.info