SON DƏQİQƏ: Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi

  • By admin
  • 10 May 2021 00:08

Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov “Facebook” hesabında yazıb.

“Səsi ilə tamaşaçılarının könlündə taxt qurmuş daha bir sənətkarımızı – Zöhrə Abdulla qızı Abdullayevanı səhhəti ilə əlaqədar yenə də olaraq xəstəxanaya yerləşdirdik”, – o bildirib.

Xatırladaq ki, Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanıb və səhhətində problemlər yaranıb.

Gununsesi.info