SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı

  • By admin
  • 11 Noyabr 2021 17:05

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1774 yeni yoluxma faktı qeydə alınıb, 2365 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 554 096 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 516 013 nəfər müalicə olunaraq sağalıb, 7372 nəfər vəfat edib, aktiv xəstə sayı 30711 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 350, ötən müddət ərzində isə ümumilikdə 5 321 217 test aparılıb.

Gununsesi.info