SON DƏQİQƏ: 3000 amerikalı veteran Ukrayna uğrunda DÖYÜŞƏCƏK

  • By admin
  • 06 Mart 2022 10:05

3000 amerikalı veteran Ukrayna uğrunda könüllü kimi döyüşmək arzusunu ifadə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Amerikanın Səsi” Ukraynanın Vaşinqtondakı səfirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.

Bildirilib ki, 3000 amerikalı könüllü Ukraynanın Rusiyanın işğalına qarşı müqavimət göstərmək üçün beynəlxalq batalyona qoşulmaq çağırışına cavab verib.

Onların əksəriyyəti Gürcüstan və Belarus kimi postsovet ölkələrində yaşayırlar.

Amma İraqda, Bosniyada və digər qaynar nöqtələrdə döyüşən amerikalılar da var.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski yeni bölmənin – Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionunun yaradılmasını elan edib və orada rus həbçiləri dəf etməyə hazır olan ukraynalılarla yanaşı əcnəbilər də olacaq.

Ukrayna Beynəlxalq Müdafiə Legionuna qoşulmaq istəyən xarici ölkə vətəndaşları üçün lazım olan bütün məlumatları özündə əks etdirən internet saytı fəaliyyətə başlayıb.

Gununsesi.info