SON DƏQİQƏ: Rusiya bu istiqamətdə "İsgəndər" yerləşdirdi

  • By admin
  • 24 Aprel 2022 12:11

Rusiya Belqorodda Xarkov istiqamətində əlavə qüvvələr toplayır.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, “İsgəndər-M” operativ taktiki raket komplekslərinin buraxılış qurğuları Ukraynanın dövlət sərhədindən 60 km aralıda yerləşdirilib.

“Bundan başqa, düşmən Xarkov şəhərinin qismən blokadasını davam etdirir, qoşunlarımızın bölmələrini və mühüm infrastruktur obyektlərini atəşə tutur. Luqansk vilayətində də vəziyyət gərgindir, orada ən çətin vəziyyət Qorski, Zolote və Lisiçanskdadır. Eyni zamanda Rusiya qoşunları gecə saatlarında Xarkovu, Slobodski və Kiyevski atəşə tutub. Gün ərzində Xarkov vilayətinin Çuqev və Derqaçev rayonlarında rusların atəşi davam edib”, – məlumatda qeyd olunub.

Təmas xəttində aktiv döyüş əməliyyatları davam edir. Avdiyivkada rus ordusu hava zərbələri endirir, kaset mərmiləri ilə atəşə tutur. Marinka və Novomixaylovkada döyüşlər gedir.

Xerson vilayətində də vəziyyət gərgindir. Ruslar Xerson vilayətində yaşayış məntəqələrini atəşə tutur və qonşu rayonlara doğru atəş açır. Region humanitar fəlakətin astanasındadır.

Gununsesi.info