SON DƏQİQƏ: AzTV və “Azərtac”ın əməkdaşları minaya düşərək həlak oldu – FOTO

  • By admin
  • 04 İyun 2021 12:59

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Gununsesi.info xəbər verir ki, bu barədə AzTV-nin əməkdaşı Nigar Etibar məlumat yayıb.

Qeyd olunub ki, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!”, – məlumatda vurğulanıb.

AzTV-nin hadisə ilə bağlı yaydığı süjetdə bildirilib ki, hadisə Kəlbəcərin Susuzluq kəndində qeydə alınıb.

Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü Emin Məmmədov və kənd sakini yaralanıb.