SON DƏQİQƏ: “Taliban” Kabilə hücum etdi

  • By admin
  • 15 Avqust 2021 19:45

“Taliban” birləşmələri bütün istiqamətlərdə Kabilə hücum edib.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “taliblər” bütün ölkəyə nəzarəti ələ keçiriblər.

Əfqanıstan Daxili İşlər Naziri vəzifəsini icra edən Əbdül Səttar Mirzəkval bildirmişdi ki, Kabilə hücum edilməyəcək, hakimiyyətin ötürülməsi sülh yolu ilə həyata keçiriləcək.

“Taliban” öz növbəsində istəyən hər kəsin paytaxtdan çəkilmə hüququnu təmin edəcəklərinə zəmanət verib.

“Taliban” nümayəndə heyəti hazırda Kabildəki prezident sarayında Əfqanıstan hakimiyyəti ilə danışıqlar aparır.

Al Arabiya telekanalının yaydığı məlumata görə, hazırkı hökumət yaxın bir neçə saat ərzində hakimiyyəti keçid dövrünün idarəçiliyinə verə bilər.

Gununsesi.info