SON DƏQİQƏ: YAP toplandı – Novruzovun DİN-i məhkəməyə verməsi…

  • By admin
  • 11 Fevral 2021 14:37

Yeni Azərbaycan Partiyasının növbəti toplantısı keçirilir.

Teleqraf.com-un əldə etdiyi xəbərə görə, toplantıda YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzovun Daxili İşlər Nazirliyini məhkəməyə verməsi məsələsi də müzakirə olunacaq. Hazırda iclasın davam etdiyi bildirilir.

Xatırladaq ki, deputat S.Novruzov DİN-in onu qanunsuz olaraq cərimələməsinə görə, məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Qeyd edək ki, millət vəkili akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edərək, karantin qaydalarını pozduğu üçün 400 manat cərimələnmişdi.

Gununsesi.info