SON DƏQİQƏ: Zəlzələdə ölənlərin sayı durmadan artır - DAĞILMIŞ BİNALARIN SAYI 130-U KEÇİB

  • By admin
  • 06 Fevral 2023 11:13

 Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində həm Türkiyənin özündə həm də qonşu Suriyada ölənlərin sayı artıq yüzlərlədir.

Hər keçən saat ölənlərin sayı artmaqdadır.

Gununsesi.info xəbər verir ki, Suriyada Əl-İxbariya telekanalı respublikanın Səhiyyə Nazirliyinə istinadən 237 nəfərin öldüyünü bildirib.

Türkiyədə isə  son məlumatlara görə  artıq 200-ə yaxın insan həyatını itirib.

Rəsmilərin açıqlamasına görə, Türkiyənin Malatya vilayətində ən azı 130 bina, o cümlədən yaşayış binaları dağılıb. Zəlzələ nəticəsində Kahramanmaraş şəhərində qaz kəməri partlayıb. Suriyanın şimal-qərbində müxalif Suriya Mülki Müdafiəsi üsyançıların nəzarətində olan bölgədəki vəziyyəti “fəlakətli” adlandırıb.

Dövlətin səlahiyyəti şəxslərin sözlərinə görə, ən güclü zəlzələ 1999-cu ildə olub, təxminən 18 min insanın həyatını alıb.

 

Adil Elxanoğlu

Gununsesi.info