Türkiyə Xarici İşlər Nazirliyi vətəndaşlarını Livanı tərk etməyə və oraya lazımsız səyahətlərdən çəkinməyə çağırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib .
Bildirilib ki, Livanda təhlükəsizlik vəziyyətinin sürətlə pisləşməsi ehtimalı ilə əlaqədar Xarici İşlər Nazirliyi vətəndaşlara Livana qeyri-vacib səyahətlərdən çəkinməyi və Livanda olan vətəndaşlara mümkünsə ölkəni tərk etməyi tövsiyə edib.
Nazirlikdən mövzu ilə bağlı verilən yazılı açıqlamada bölgədəki son hadisələrə görə Livanda təhlükəsizlik vəziyyətinin sürətlə pisləşməsi ehtimalının olduğu vurğulanıb.
Şəbnəm
Gununsesi.info