2016-ci ildə öölkənin xarici ticarət dövriyyəsi 19.4 faiz azalıb.
Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ötən il ticarət əməliyyatlarının həcmi 17.6 milyard dollar olub.
Qeyd edək ki, xarici ticarət dövriyyəsində artım 2013-cü ildə baş verib. Son 3 ildə bu istiqamətdə 2 dəfədən çox azalma var.
Xarici ticarət dövriyyəsinin həcmi;
2013-cü ildə 34.6 milyard dollar
2014-cü ildə 31.01 milyard dollar
2015-ci ildə 20.6 milyard dollar
2016-cı ildə 17.6 milyard dollar.
İdxal üzrə əməliyyatların həcmi:
2013-cü ildə 10.7 milyard dollar
2014-cü ildə 31.01 milyard dollar
2015-ci ildə 9.2 milyard dollar
2016-cı ildə 8.5 milyard dollar
İxrac əməliyyatlarının həcmi
2013-cü ildə 24 milyard dollar
2014-cü ildə 21.8 milyard dollar
2015-ci ildə 11.4 milyard dollar
2016-cı ildə 9.1 milyard dollar
Göründüyü kimi, ölkəyə idxalın həcmində 1.2 dəfə azalma varsa, ixracda 2.7 dəfəyədəkdir. Bu o deməkdir ki, Azərbaycandan çıxan kapital daxil olan kapitaldan azdır. Bu da manata qarşı təzyiq yaradan, dollara tələbatı artıran amillərdən biridir.
Vüsalə Rüstəmova
Gununsesi.info