Son iki ildə dolların xalis satışı 56 dəfə azalıb - NEMƏT ƏLİYEV

  • By admin
  • 23 May 2017 16:01

nemet

“Mərkəzi Bankın yaydığı məlumatlardan məlum olub ki, cari ilin birinci rübündə “dollar”ın alış-satış dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 milyard və ya 33,5% azalıb”.

Gununsesi.info xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Nemət Əliyev bildirib.

N.Əliyev qeyd edir ki, bu rüblük göstəricinin ötən il 6 dəfə və ya 18 milyard dollar azalmasını da nəzərə almış olsaq, o zaman valyuta bazarının nə kökə salınmasını daha bariz təsəvvür etmək mümkündür: “Qeyd edək ki, I rübdə ümumi valyuta əməliyyatlarının 82,2%-i ABŞ dolları ilə aparılıb. 

Nağd valyuta bazar seqmentində “dollar”ın xalis satış həcmi bu ilin birinci rübündə 2 dəfə azalaraq 77 milyona enib. Bu, sonuncu göstərici 2015-cı illə müqayisədə 56 dəfə, 2014-cü illə müqayisədə 23 dəfə düşüb”.

İqtisadçı hesab edir ki, xarici bazarlardan asılılıq səviyyəsinin yüksək olduğu bir şəraitdə valyuta bazarının bu dərəcədə zəiflədilməsindən sonra hər-hansı iqtisadi fəallıqdan danışmaq yersizdir.

Vüsalə 

Gununsesi.info