“Son illərdə IX siniflər üzrə nəticələr daha ürəkaçandır” - NAZİRİN İDDİASI

  • By admin
  • 15 Sentyabr 2016 10:09

Gununsesi.info mikayil jabbarov education ministry

Təhsil Nazirliyi buraxılış imtahanlarında şagirdlərin göstəricilərinə əsasən rayonlar üzrə bölgünü açıqlayıb.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov APA-ya açıqlamasında bildirib ki, son illərdə IX siniflər üzrə nəticələr daha ürəkaçandır. Onun sözlərin görə, 2012-ci ildə iki məzundan biri, builki IX siniflər üzrə buraxılış imtahanlarında isə hər 3 məzundan ikisi bütün fənlərdən müsbət qiymət alıb. Nazir bildirib ki, bu göstərici ötənilki göstəricidən 2,7 faiz yaxşıdır: “Həmçinin XI siniflər üzrə imtahanlarda məzunların 65 faizi bütün fənlərdən müsbət qiymət alıb. 2014-2015-ci tədris illəri üçün 9-cu sinif buraxılış imtahanında ən zəif nəticə göstərmiş və şagird sayı nisbətən çox olan 6 rayon pilot olaraq seçilib. Bu rayonlar -Astara, Ağcabədi, Cəlilabad, Masallı, Saatlı və Sabirabad üçün inkişafyönümlü planlar hazırlanıb və həyata keçirilib”.

M. Cabbarov qeyd edib ki, ötən il ilə müqayisədə, hər iki fənn üzrə müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz, Masallı rayonu üzrə 11 faiz, Cəlilabad və Saatlı rayonlarının hər biri üzrə 9 faiz artım müşahidə edilib.

Bununla yanaşı, digər bölgələrdə də IX sinif məzunlarının nəticələri yaxşılaşıb: “Belə ki, Şəmkirdə 13 faiz, Gədəbəydə 10 faiz, Lerikdə 9 faiz, Salyanda 8 faiz, Hacıqabul, Beyləqan, İmişli, Zaqatala və Qobustan rayonlarının hər biri üzrə 7 faiz müsbət dinamika qeydə alınıb. Biz nəticələri ciddi təhlil edirik və ona uyğun tədbirlər həyata keçiririk”.

Gununsesi.info