Ukrayna prezidenti Volodimir Zelenski Moskvanın Kiyevdə mülki ərazilərə son ölümcül hücumunu pisləyib. O, Qərb müttəfiqlərini Rusiyanın dərinliklərində silahlardan istifadəyə məhdudiyyəti qaldırmağa çağırıb. Zelenski həm də ilk dəfə olaraq qüvvələrinin sərhədi keçərək Rusiyanın Kursk vilayətində əməliyyat aparmasını dolayısı ilə təsdiqləyib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Zeleniski özünün X hesabında yazıb:
“Rusiyalılar üçün belə silahların istifadəsinə coğrafi məhdudiyyət yoxdur – tammiqyaslı müharibənin ilk günlərindən ölkəmizin ərazisi bütövlükdə daimi hücum təhdidinə məruz qalıb”.
“Ukraynalılar bizi havadan müdafiə sistemləri və döyüş təyyarələri ilə təmin edən tərəfdaşlarımızın hamısına dərindən minnətdardır. Amma Rusiya terrorunu gerçəkdən dayandırmaq üçün bizə… tərəfdaşlarımızın güclü qərarları lazımdır – müdafiə hərəkətlərimizə məhdudiyyətləri qaldıracaq qərarlar”, – o deyib.
“Ukraynanın uzaq mənzilli qabiliyyətinə məhdudiyyət olmayanda bu müharibənin sonu gələcək – onun ədalətli həllini yaxınlaşdıracağıq”, – prezident yazıb.
Afət Abbasova
Gununsesi.info