Son nəfərinizə kimi qıracağıq –  Şimali Koreya

  • By admin
  • 23 Aprel 2017 15:53

koreya2

 

ABŞ gəmilərinin Koreya yarımadasına göndərilməsi onu göstərir ki, Ağ Ev Şimali Koreyanı devirmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın “Minçju Çoson” qəzeti yazıb.

“Vaşinqton Şimali Koreyanı devirmək üçün ağılsız ambisiyalarını reallaşdırmağa çalışır”, – məqalədə bildirilib.

Qəzetin yazdığına görə, Koreya Xalq Ordusu buna amansız zərbələrlə cavab verəcək:

“ABŞ ordusu və onun marionetləri son nəfərinə kimi məhv ediləcək və qeyd-şərtsiz kapitulyasiya aktını belə imzalaya bilməyəcəklər”.

 

Gununsesi.info