“Son proseslər Ermənistanın sanki Suriyaya bənzədiyini deməyə dəlalət verir” Hikmət Hacıyev

hikmət hacıyev

Son dövrlər baş verən proseslər Ermənistanın sanki Suriyaya bənzədiyini deməyə dəlalət verir.

Gununsesi.info-nun xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan bir çox hallarda özünün günahkar olduğu regional məsələlərin həllini regionda görmür:

“Regionumuz üçün onun davranışları faydalı deyil. Təəssüflər olsun ki, tərəflər də vardır ki, onlar özlərinin malik olduqları problemləri regionumuza ixrac etmək istəyirlər. Cənubi Qafqaz regionunun bu məsələlərə ehtiyacı yoxdur. Azərbaycan 3+3 platformasının tərəfdarı və təşəbbüskarıdır, bu gündəliyi dəstəkləyir”.

 

Gununsesi.info