Son sutkada 1 269 nəfər koronavirusun qurbanı oldu

  • By admin
  • 18 İyun 2020 13:39

Braziliyada koronavirus səbəbiylə ölənlərin sayı 1 269  artaraq 46 min 510-a çatıb. 

Gununsesi.org xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə,  son sutkada daha 1 269 adam həyatını itirib. Bununla da ölkdə ümumi itki sayı 46 min 510-a yüksəlib. 

Qeyd edək ki, 24 saat ərzində daha  32 min 188 nəfərdə koronavirus aşkarlanaraq, ümumi yoluxanların sayı  955 min 377-ə yüksəlib.  
 

Gununsesi.org