Son sutkada 10 minə yaxın insan virusdan ölüb

  • By admin
  • 18 Avqust 2021 09:27

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 647 mindən çox artıb.

Gununsesi.info xəbər verir ki, son 24 saatda 647 min 79 nəfər koronavirusa yoluxub, 9935 pasiyent dünyasını dəyişib. Bununla da infeksiyaya yoluxanların ümumi sayı 209 milyon 341 min 282, ölənlər isə 4 milyon 393 min 507 nəfərə çatıb.

İndiyədək ən çox yoluxma halı ABŞ (37,8 milyon), Hindistan (32,2 milyon), Braziliya (20,4 milyon), Rusiya (6,6 milyon), Fransa (6,5 milyon), Böyük Britaniya (6,3 milyon) və Türkiyədə (6,1 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.