Son sutkada koronavirusa yoluxanların sayı - FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 37 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

HTML tutorial

İndiyədək ölkədə ümumilikdə 823 533 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 289 nəfər müalicə olunaraq sağalıb, hazırda 287 aktiv xəstə var. Bu günə qədər 9 957 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 825, bu günə qədər isə ümumilikdə 7 333 142 test icra olunub.

Gununsesi.info