Son sutkada Xarkovda raket zərbələri zamanı ən azı 21 nəfər ölüb

  • By admin
  • 02 Mart 2022 12:02

Xarkovun atəşə tutulması nəticəsində son 24 saat ərzində ən azı 21 nəfər ölüb, 112 nəfər isə yaralanıb.

Gununsesi.info-nun “Reuters”ə istinadən xəbərinə görə, bu barədə şəhərin meri Oleq Sinequbov bildirib.

Rəsmilər Rusiyanın Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda yaşayış binaları və regional hökumət binası da daxil olmaqla, şəhər mərkəzini raket atəşinə tutması barəsində məlumat yayıblar.

 

 

Gununsesi.info