Son bir ildə Ermənistanı tərk edən məktəblilərin sayı 7 mindən artıqdır.
Gununsesi.info “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan Təhsil Naziriliyinin milli təhsil texnologiyaları mərkəzinin yayadığı məlumata görə, Ermənistanı tərk edən 7117 məktəbli şagirdin 3040 nəfəri qızlardır.
Ölkəni tərk edənlər arasında daha çox İrəvan məktəbliləridir. Onlar valideynləri ilə birgə ölkəni tərk edirlər. Ölkədəki ağır sosial-iqtisadi durum onların ölkənin tərk etməsinə səbəb olub.
Qeyd edək ki, 2015-2016-ci tədris ilində isə Ermənistanı 6562, 2014-2015-ci ildə 5838 məktbəli tərk edib. Ölkəni tərk edənlər daha çox paytaxt İrəvanın və digər iri şəhərlərin payına düşür. Ümumilikdə son üç ildə Ermənistanı 19517 məktəbli təkr edib.
Mürtəza
Gununsesi.info