
Son illərdə yeyinti məhsulları idxalı kəskin şəkildə artıb, ixracı isə azalıb.
Gununsesi.info xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov qeyd edib.
Onun sözlərinə görə, 2014-cü ilin birinci yarımilliyində ölkəyə 502 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunub:”Növbəti ili “Kənd təsərrüfatı ili” elan etsələr də, 50-yə yaxın sərəncamlar, fərmanlar imzalasalar da, dövlət büdcəsindən on milyonlarla manat kənd təsərrüfatının inkişafı adı ilə sahəyə ayırsalar da son üç ildə yeyinti məhsulları idxalı 122 milyon dollar dəyərində, yəni 24 faiz artaraq, 2017-ci ilin altı ayı ərzində 624 milyon dollar təşkil edib. Eyni müddət ərzində ərzaq malları ixracında azalma isə 81 milyon dollar təşkil edib. Bir yandan ərzaq mallarının idxalı ciddi şəkildə artır, bir yandan da yeyinti məhsullarının ixracı azalır”.
Vüsalə
Gununsesi.info