Son yüz ilin ən nüfuzlu şəxslərinin adları açıqlandı - SİYAHI

  • By admin
  • 31 Avqust 2017 16:33
82809
Forbes Rusiyanın son yüz ildəki yüz ən nüfuzlu  şəxsinin siyahısını açıqlayıb.
Gununsesi.info “Forbes”ə istinadən xəbər verir ki, 1917-ci ildən 2017-ci ilədək Rusiyanınictimai-siyasi, iqtisadi, elm, biznes,  sahəsindəki ən nüfuzlu şəxslərin siyahısını hazırlayıb. Siyahıya 150 şəxsin adı salınıb. 
Səsvermə nəticəsində  bu siyahıya Rusiyanın son yüz ildə  ən nüfuzlu şəxs kimi ilk kosmanavt Yuri Qaqarin liderlik edir. O 52,2 faiz səs toplayıb. İkinci  yeri sovet diktatoru İosif Stalin, üçüncü yeri isə Rusiya prezidenti Vladimir Putin  bölüşür.
Siyahıda ən gənc rusiyalı gənc 23 yaşındadır.  Vitalik Buterin Ethereum kriptovalyuta platformasının yaradıcı kimi siyahıya düşüb.
Siyahıya da fizik Jorez Alferovun, balet ulduzu Mixail Barışnikov, Googlenin həmyaradıcılarından olan  Sergey Barin, Yandeksin həmyaradıcısı Arkadiy Voloj, “Maqnita”nın yaradıcısı və sahibi Sergey Qaliçkiy, SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov,  Sberbankın prezidenti Qerman Qref, “Vkontakt” və Telegramın yaradıcısı Pavel Durov, Rus mobil telefonlarının pioneri Dmitriy Zimin, sabiq maliyyə naziri Aleksey Kudrin,  iş adamı Yuriy Milner, rejissor Nikita Mixalkov, xokkeyçi Aleksandr Oveçkin, riyazatçı Qriqoriy Perelman, pop-müğənni Alla Puqaçova,  atlet İrina Rodnina, xokkeyçi Vladislav Tretyak, Rus özəlləşdirməsinin xaç atası hesab edilən Anatoliy Çubays, tenist ustası Mariya Şarapova  və digərləri yer alıb.
Gununsesi.info