Sönmək bilməyən meşə yanğınları İtaliyanı alovlara bürüyüb

  • By admin
  • 23 Oktyabr 2017 21:52

yangin-mese

İtaliyanın Turin şəhəri yaxınlığında davam edən meşə yanğınları fəsadlara səbəb olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, oktyabrın 10-dan başlayan yanğın onlarla hektar sahədə yaşıllığı məhv edib.

Son məlumata görə, hadisə ilə əlaqədar artıq ətraf ərazilərdə yaşayan sakinlər təxliyə edilib.

Yanğının uzun müddət davam etməsinə səbəb kimi havanın quraqlıq keçməsi göstərilir.

Hidrometeoroloqların məlumatına görə, hazırda bölgədə son 60 ilin ən quraq havası hökm sürür.

Gununsesi.info