“Sonuncu əfv sərəncamı əvvəlki sərəncamlardan bir çox parametrlərinə görə fərqlənir” - DEPUTATLAR

  • By admin
  • 18 Mart 2017 12:00
ilham_aliyev_160412_albom_9_main
Azərbaycan Prezidenti İlham Əliyev növbəti əfv sərəncamı imzalamaqla, bir daha öz humanist siyasətinə sadiq qalaqar, Novruz bayramı ərəfəsində belə bir addımı atdı.
Bunu Gununsesi.info-ya açıqlamasında  Azərbaycanın AŞPA-kı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
SAMAD-ASPA
 Onun sözlərinə görə,  bu, bir daha göstrir ki, Azərbaycan Prezidenti İlham Əliyevin  ölkənin daxili siyasətində hümanizm prinsipləri bir ənənə halını alıb:
“Elə bu yaxınlarda ölkə başçısı tərəfindən Cinayət Məcəlləsinin humanistləşməsi  ilə bağlı imzalanan sənəd, üstəgəl onun ardınca verilən növbəti əfv sərəncamı  bunun bariz göstəricisidir”.
S. Seyidov əlavə edib ki, bu əfv sərəncamı əvvəlki sərəncamlardan bir çox parametrlərinə görə fərqlənir.
“Birincisi, kütləviliyi, ikincisi, tərkibi və əhatəliyi, üçüncüsü isə burada adları beynəlxalq təşkilatın siyahısında olan xeyli sayda  məhkumun olmasıdır. Deməli, burada söhbət artıq əfvdən getmir, burada  söhbət dövlətin daxili siyasətində humanizmin vətəndaş cəmiyyətinin formalaşması, inkişafı, həmrəyliyi istiqamətində həyata keçirlən siyasətin əsas prioritetini təşkil etməsindən gedir”- deyə, S. Seyidov bildirib.
elmira axundova
Millət vəkili, Əfv Komissiyasının üzvü Elmira Axundova  isə Gununsesi.info-ya açıqlamasında  Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamının bundan öncə imzalanan əfv sərəncamalından bir sıra parametrlərinə görə çox ciddi fərləndiyini deyib.
“Bu əfv sərəncamının fərqi əvvəlkilərindən əhatə dairəsinin geniş olması, yəni, burada kişi məhkumlarla yanaşı, qadınların da çoxluq təşkil etməsi, çoxsaylı xarici ölkə vətəndaşlarının olması, adları beynəlxaql təşkilatların siyahısında olan insanların çoxluğu ilə fərqlənir. Bu sərəncamın ən böyük əhəmiyyəti  və fərqli cəhəti  ondan ibarətdir ki, ömürlük həbsə məhkum olan məhbusun  məhkumluğu dəyişdirildi.  Bax, bu yanaşma çox müsbət məsələdir. Məhz ölkə başçısının humanizmi nəticəində belə bir yanaşamanı ortaya qoymaq mümkün olub. Bu addım təqdir olunmalıdır”- deyə, millət vəkili bildirib.
 Mürtəza
Gununsesi.info