Soros Fondu: “Türkiyədə hökumət layihələrini maliyyələşdirmişik” - GƏZİ OLAYLARINDA HƏR HANSI BİR İŞTİRAKIMIZ OLMAYIB

  • By admin
  • 27 Yanvar 2023 09:27

2018-ci ildə Türkiyədə fəaliyyətini dayandıran macar əsilli amerikalı iş adamı Corc Soros tərəfindən qurulan Açıq Cəmiyyət İnstitutu  2013-cü ildə Gəzi Parkı etirazlarını dəstəklədiyi iddiasını təkzib edib və həmin dövrə qədər Türkiyə rəsmiləri ilə əlaqələrinin davam etdiyini açıqlayıb. 

Gununsesi.info xəbər verir ki, qərargahı ABŞ-da olan qurumun sözçüsü “BBC Türkcə”nin suallarını cavablandırıb.

Mətbuat katibi bildirib ki, onların həm maliyyə dəstəyi verməsi, həm də Gəzi aksiyalarında iştirak etməsi ilə bağlı deyilənlərin yalandır.

2000-ci illərin əvvəllərində AKP ilə münasibətlərinin yaxşı olduğunu deyən sözçü bunun pisləşməsinin onlarla bağlı olmadığını müdafiə etdi.

Qurumun sözçüsü Türkiyədə qanunlara uyğun olaraq illərdir işlədiklərini və nəzarət etdiklərini, müxtəlif nazirliklər və rəsmi qurumlarla birgə layihələr həyata keçirdiklərini, Corc Soros və prezident Rəcəb Tayyib Ərdoğanın müxtəlif vaxtlarda görüşdüyünü, 2018-ci ilə qədər qurumların nümayəndələri ilə Türkiyə rəsmiləri arasında təmaslar davam etdi.

Sözçü həmçinin iddia edib ki, Soros 2015-ci ildə Türkiyəyə gələndə prezidentin sözçüsü İbrahim Kalınla görüşüb.

Tərcümə:

Afət