“SOS! Əsir və girov götürülmüş Azərbaycan qadınları!” – İctimai Birlik layihəyə start verib

Qafqaz Araşdırmaları Mərkəzi İctimai Birliyi (İB) Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “SOS! Əsir və girov götürülmüş Azərbaycan qadınları!” layihəsinin icrasına start verib.

Mərkəzdən verilən məlumata görə, 01 sentyabr 2022 – 01 noyabr-2022-ci il tarixlərində icra olunacaq layihə çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, I Qarabağ müharibəsində təkzibedilməz məlumatlar əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmış 98 qadın haqqında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından, Baş Prokurorluqdan, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Ombudsmandan, eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyindən, habelə digər mənbələrdən 98 qadın, onlara qarşı qeyri-insani əməllər, fiziki, mənəvi, psixoloji işgəncələr və zorakılıq əməlləri törədilməsii lə bağlı faktlar toplanacaq, sistemləşdiriləcək.

HTML tutorial

Habelə beynəlxalq təşkilatalrın hesabat və qətnamələri, Azərbaycan QHT-lərinin hazırladığı materialları, KİV-də dərc olunmuş materiallar və digər açıq mənbələrdən məlumatlar da toplanacaq.

Əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmış qadınlardan bir qrupunun yaxın qohumları, doğmaları ilə müsahibələr götürüləcək, onlardakı məlumatlar əldə olunacaq.

Layihənin yekununda Azərbaycan və İngilis dillərində Hesabatın hazırlanacaq. Sözgedən sənəd beynəlxalq qurumlara, beynəlxalq hüquq-müdafiə təşkilatlarına, Almaniya, Fransa, ABŞ, Kanada, Polşada fəaliyyət göstərən qadın hüquqlarını müdafiə təşkilatlarına, BMT-nin ixtisaslaşlaşmış qurumlarına, AŞPA-nın, Avropa Parlamentinin, Avropa Komissiyasının, ATƏT-in insan hüquqları və qadın hüquqları məsələlərinə cavabdeh orqanlarına və vəzifəli şəxslərinə təqdim olunacaq.

Gununsesi.info