“Sos! əsir, girov Azərbaycan qadınları” layihəsi başa çatdı

  • By admin
  • 01 Dekabr 2022 18:05

Qafqaz Araşdırmalar Mərkəzi İctimi Birliyinin Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Sos! əsir, girov Azərbaycan qadınları” layihəsi başa çatıb.

Təşkilatın yaydığı açıqlamada bildirilir ki, 1 sentyabr – 30 noyabr tarixlərini əhatə edən layihə çərçivəsində təşkilatı-texniki işlər həyata keçirilib, müvafiq dövlət orqanaları, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Baş Prokurorluq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman, eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə məktublar yazılıb.

“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında görüşlər keçirilib, geniş əməkdaşlıq qurulub. Təşkilat rəhbərliyi layihənin icrasında verdiyi vacib dəstəyə görə sözügedən qurumun rəhbərliyinə minnətdarlğını ifadə edib.

Məlumatda daha sonra qeyd olunur ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, girov götürülmüş qadınların ailələri ilə əlaqə saxlanılıb, onlar haqqında KİV-də, dövlət orqanları tərəfindən yaylmış məlumatlar toplanıb sistemləşdirilib. Tarixi günlərdə beynəlxalq qurumlara müraciətlər göndərilib.

Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər KİV-də, sosial şəbəklərdə işıqlandırılıb. O cümlədən Presklub.TV Youtube kanalında 2 verliş hazırlanıb və sosial şəbəkələrdə, qruplarda paylaşılıb.

Həmçinin “Tvitter” platformasında “Sos! əsir, girov Azərbaycan qadınları” həştəqi altında paylaşımlar edilib.

Layihənin yekunu olaraq Azərbaycan və ingilis dilində hesabat hazırlanaraq çap edilib və aidiyyatı beynəlxalq qurumlara, yerli diplomatik korpusa, habelə QHT-lərə təqdim olunması nəzərdə tutulub. 

Gununsesi.info