
“Security Operation Services” (SOS) şirkəti Milli Mətbuat Günü münasibətilə ölkənin bəzi media quruluşlarının rəhbərləri ilə görüş keçirib.
Gununsesi.info-nun xəbərinə görə,
əvvəlcə Vətən uğrunda canlarından keçən şəhid jurnalistlər və hərbçilərimizin xatirəsini yad edən tədbir iştirakçıları ölkəmizdə medianın durumundan danışıb.
“Security Operation Services” (SOS) Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Məmmədov Milli mətbuatın tarixindən bəhs edərək bildirib ki, müasir dövrümüzdə də müstəqil media əsas institutlardan biridir.
Fəaliyyətlərində media orqanları ilə sıx əməkdaşlıq etdiklərini deyən Anar Məmmədov təmsil etdiyi şirkətin mükafatlarını jurnalistlərə təqdim edib.
Qeyd edək ki, mükafat alan jurnalistlər arasında Gununsesi.info da olub.
Anar Məmmədov daha sonra rəhbəri olduğu şirkətin sosial layihələr həyata keçirdiyini bildirib.
O, həmçinin əlavə edib ki, 1500 nəfərlik şəxsi heyətlə çalışan şirkətdə Birinci Qarabağ müharibəsində iştirak etmiş 99 nəfər, 44 günlük Vətən müharibəsindən sonra 135 nəfər müharibə iştirakçısı işlə təmin edilib. “21 nəfəri şəhid ailə üzvləri olmaqla 358 nəfər işə qəbul olunub. Bundan əlavə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan və yaralananların ailə üzvlərinə dəstək məqsədilə şirkət tərəfindən Yaşat Fonduna 10 000 manat ianə köçürülüb”.
Tədbirdə çıxış edən professor Qulu Məhərrəmli, “Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli mətbuat günü münasibətilə onlara göstərdiyi diqqətə görə təşəkkür edib.
İlhamə
Gununsesi.info