
Uğurlu fəaliyyəti və dövlət əhəmiyyətli layihələrdə fəal iştirakı ilə bilinən peşəkar mühafizə xidməti “Security Operation Services” MMC Aprel döyüşlərinin səkkizinci ildönümü ilə bağlı tədbir keçirib.
Gununsesi.info xəbər verir ki, tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“SOS” MMC-nin direktoru Anar Məmmədov Aprel döyüşlərinin iştirakçısı olmuş əməkdaşları ilə görüşüb.
A. Məmmədov bu gün tarixin ən şanlı mərhələsini yaşayan Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatından danışıb, Aprel döyüşlərinin hər zaman Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsindəki Böyük Qələbənin başlanğıcı kimi daim xatırlanacağını bildirib. O, hərb tariximizə qızıl hərflərlə yazılan Aprel zəfərində misilsiz şücaət göstərən qəhrəman oğullarımıza öz təşəkkürünü bildirib.
Sonda Aprel döyüşçüləri olan əməkdaşların hər birinə fəxri fərman və pul mükafatı təqdim olunub.






