“SOS” MMC-də qanvermə aksiyası keçirilib - FOTOLAR

Aprelin 3-də peşəkar mühafizə xidməti “Security Operation Services” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən növbəti qanvermə aksiyası keçirilib.

 

Gununsesi.info xəbər verir ki, 2024-cü ilin ilk humanist aksiyasında “SOS” MMC-nin 51 əməkdaşı iştirak edib.

Qanvermə zamanı donorların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həkim-hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunmuş, hərtərəfli tibbi müayinədən sonra donordan qan götürülmüşdür.

Qeyd edək ki, “SOS” MMC 2021-ci ildən bu günə kimi sözügedən aksiyaya davamlı olaraq qoşulur, qurumun əməkdaşları il ərzində 4 dəfə qanvermə aksiyasında iştirak edirlər.

“SOS” MMC-dən verilən məlumata görə, bu aksiya qarşıdakı tarixlərdə də davamlı şəkildə təşkil olunacaqdır.