“SOS MMC” Fəxri Xiyabanı ziyarət etdi - Fotolar

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anımının 40-cı ildönümü münasibətilə, “Security Operation Services”  (SOS) MMC Fəxri Xiyabanı ziyarət edib.

Gununsesi.info -nun məlumatına görə, “SOS” MMC-nin rəhbərliyi və əməkdaşları Zərifə Əliyevanın məzarını ziyarət edərək, onun xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyublar.

Anım mərasimindən sonra SOS MMC Təlim-Tədris Mərkəzində şirkət əməkdaşları və təlim iştirakçıları ilə birlikdə könüllü qanvermə aksiyası keçirilib.

Saytımıza açıqlamasında “SOS” MMC-nin direktoru Anar Məmmədov bildirib ki, bu təşəbbüs Zərifə xanım Əliyevanın insanlara xidmət və xeyirxahlıq prinsiplərinə hörmət olaraq həyata keçirilib.

O, eyni zamanda, SOS MMC-nin sosial məsuliyyət fəaliyyətləri çərçivəsində belə aksiyaların gələcəkdə də davam edəcəyini vurğulayıb.

 

 

Şəbnəm

Gununsesi.info