Sosial Evlərin tikintisində 50 minlik material oğurlanıb

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sifariş olunan Sosial Evlərin tikintisi zamanı cinayət faktı aşkarlanıb.

Gununsesi.org-un verdiyi xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2018-ci il 27 aprel tarixində elan etdiyi tender üzrə qalib gələn şirkətlərdən biri, “Hünər – İnşaat” Firması Suraxanı RPİ-yə müraciət edib. Şirkət rəsmiləri bildiriblər ki, tikinti meydançasından 50 min manatlıq tikinti materialları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Hünər İnşaat” firması 2017-ci ildən bu günədək MİDA-nın elan etdiyi tenderlərdə 4 dəfə qalib gəlib və ümumilikdə, bu şirkətlə təmxinən 41 milyon manatlıq müqavilə imzalanıb.

Gununsesi.org