“Sosial ev”lər niyə paytaxtın mərkəzində tikilir?

  • By admin
  • 26 Yanvar 2017 15:00

Sosial Evlerrr

Mənzil İnşşatı Dövlət Agentliyi tərəfindən Azərbaycanda ilk “sosial ev” lahiyəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi davam etdirilir.

Gununsesi.info lent.az-a istinadən bildirir ki,  xarici dairəvi avtomobil yolunun kənarında yerləşən kompleksdəki bir çox binaların təməli qoyulub və özüllər inşa olunur.

Bu arada kompleksdə tikiləcək binaların fotosu yayılıb. Fotoda burada tikiləcək binaların ümumi görünüşü və yerləşmə forması əks edilib. Həmçinin ümumi planda binaların bir-birinə yaxınlıq məsafəsi, qeyri-yaşayış sahələrinin, eləcə də bağça və orta məktəbin forması görünür.

Qeyd edək ki, Yasamal rayonu ərazisində inşa edilən kompleksin ümumi sahəsi 11,6 hektar olacaq. Kompleksdə mənzillərlə yanaşı, bir sıra sosial obyektlər də tikiləcək. Onların arasında 240 yerlik uşaq bağçası və 960 şagird yerlik orta təhsil məktəbi dəvar. Ərazidə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət vədigər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdətutulur.

Sosial mənzilləri almaq istəyən vətəndaşların müraciətləri may ayınadək “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.  Hazırda sistemin əsasnaməsinin hazırlanması işi davam etdirilir.

Əsasnamə təsdiq olunduqdan sonra vətəndaşlardan müraciətlərinin qəbuluna başlanılacaq. May ayınından etibarən isə “Güzəştli mənzil” elektron sistemi istifadəyəveriləcək.

Burada birmənalı qarşılanmayam məqamlardan biri layihənin şəhərin mərkəzindəhəyata keçirilməsidir. Bəzi ekspertlərin fikrincə, bu digər bölgələrdən paytaxta, xüsusiləşəhərin mərkəzinə axının sürətləndirəcək. Bu tip layihənin ölkənin digər iri şəhərlərindəhəyata keçirilməsini də məqsədəuyğun sayanlar az deyil.

Daşınmaz üzrə ekspert Rəşad Əliyev Gununsesi.info-ya şərhində bildirdi ki, digərölkələrdə belə sosial layihələrdə bahalı ərazilərdə həyata keçirilmir: “Çünki büdcəməhdud olduğu üçün nisbətən torpaq ucuz olan yerlərdə tikilir. Azərbaycan hökumət bahalı yerdə mənzillər tikib, orada vəsait əldə etdikdən sonra, daha ucuz yerlərdə“sosial evlər” layihəsibi davam etdirə bilər. Ona görə də, layihənin Yasamalda icra olunması normal qarşılanmalıdır”.

R.Əliyev əlavə etdi ki, burada ilkin mərhələdə zərərlə işləməmək qarşıya qoyulan əsas məqsədlərdən biridir: “Layihənin davamlı olması üçün pul qazanılmalıdır, təşkilat məfəətlə işləməlidir. Əgər mənfəətlə işləməlidirsə, harda gəldi mənzil tikə bilməz. Ona görə də Yasamal rayonu həm yerləşməsinə, həm də qiymətlərə görə münasib yerdir”.

Vüsalə Rüstəmova

Gununsesi.info