Sosial media fenomeninə həbs cəzası

  • By admin
  • 01 Mart 2024 14:23

Avstraliya sosial media fenomeni cinsi təcavüzə görə cəzalandırılıb.

Gununsesi.info xəbər verir ki, Sidneyin şərqində yaşayan və kimliyi açıqlanmayan 46 yaşlı qadın ötən ilin oktyabrında keçirilən məhkəmə prosesindən sonra 16 yaşından kiçik uşaqla cinsi əlaqədə olmaqda təqsirli bilinib.

Məhkəmədə təqsirləndirilən şəxs 14 yaşlı uşağa cinsi təcavüz etmədən bir neçə saat əvvəl oğlan üçün seksual xarakter daşıyan rəqs edərkən lentə alıdığını etiraf edib. Video məhkəməyə nümayiş etdirildikdən sonra hakim onun çox sərxoş göründüyünü bildirib.

Məhkəmə qadını 2021-ci ilin ortalarında axşam saatlarında 14 yaşlı bir oğlanla cinsi əlaqədə olduğu üçün cəzalandırarkən, fenomenin uşağa baş verənləri atasına danışmaması ilə bağlı xəbərdar etdiyi ifadələri reaksiyaya səbəb olub.

 

Gununsesi.info