Sosial media fenomenini əri öldürdü: Cəsədini atası evinin qarşısına atdı – FOTO

  • By admin
  • 31 Yanvar 2024 15:37

Xaricdə bodibildinqlə məşğul olan sosial media fenomeni Debora Mişels əri tərəfindən öldürülüb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Mişelsin cansız bədəni valideynlərinin evinin qarşısında odeyala bükülmüş vəziyyətdə tapılıb.

Polis təhlükəsizlik kameralarına əsasən, qətldə şübhəli bilinən şəxsin qadının 10 illik əri Aleksandr Günş olduğunu müəyyən edib.

Saxlanılan şəxs dindirilərkən qətli törətdiyini etiraf edib. Günş bildirib ki, arvadının boynundan tutub şkafa atıb, sonra isə o, huşunu itirib. O, bildirib ki, xəstəxanaya gedərkən həyat yoldaşının öldüyünü anlayıb, meyiti qoyub qaçıb.

Digər tərəfdən, təhlükəsizlik kamerasına düşən hadisəyə Günşün həyat yoldaşının cəsədini səkidə qoyub sonra maşını ilə qaçdığı anlar da yer alıb.

Gununsesi.info