Sosial şəbəkədə övladını satmaq istəyən qadına DİN-dən reaksiya

  • By ilhame
  • 06 Avqust 2024 19:32

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən məsələ nəzarətə götürülməklə digər aidiyyəti dövlət qurumları ilə birgə bütün zəruri tədbirlər görülüb. Azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.

 

Gununsesi.info -ya bu barədə DİN-dən məlumat verilib.

 

Bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır.

 

Azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb.

Gununsesi.info