Sosial şəbəkələrdə “ƏDV geri al” fırıldağı - ALDANMAYIN!

  • By admin
  • 31 İyul 2024 08:58

 

Deməli, FB-də belə bir reklam (Şəkil 1) qarşıma çıxdı və yoxlamağa qərara gəldim. Çünki bildim ki, fırıldaqçılardır. Mövzu diqqət çəkən olduğundan fikirləşdim xeyli adam tora düşə bilər. Reklam mətnində EDVGERİAL.AZ portalına giriş olduğu qeyd edilir, Ancaq linkə daxil olanda https://edv-kocur.com-a yönləndirilir.

Gununsesi.info bildirir ki, bunu tanınmış ekspert Samir Əliyev deyib.

“Sizdən FİN kodun yazıması istənilir (Şəkil 2). FİN kodu yazdıqdan sonra yeni səhifə açılır və kart məlumatlarının yazılması istənilir (Şəkil 3). Göründüyü kimi, CVC rəqəmi istənilir. Hətta utanmazcasına kartın balansının yazılması təklif edilir.

Əminəm ki, bu reklam çoxlarının qarşısına çıxıb. Sadəcə xəbərdarlıq edirəm ki, dostlarımız diqqətli olsunlar, kart məlumatlarını heç yerə yazmasınlar. Bu reklam qarşılarına çıxsa sadəcə REPORT etsinlər.

Dövlət Vergi Xidməti isə yaxşı olardı sosial şəbəkələrdə paralel olaraq belə reklamların da monitorinqini aparsın və operativ olaraq əhalini məlumtlandırsın” deyə Samir Əliyev bildirib.

Afət Abbasova

Gununsesi.info