Sosial şəbəkələrdə həyəcan yaradan çağırışla bağlı - Rəsmi açıqlama

Teleqram kanalında məktəblərə silahlı hücum ediləcəyi ilə bağlı məlumat yayılıb.

Gununsesi.info xəbər verir ki, məlumatda Bakının bir sıra orta məktəblərinə və “Dəniz Mall” ticarət mərkəzində silahlı basqın olacağı bildirilib.

Qruplaşmanın sosial şəbəkələrdə həyəcan yaradan çağırışı ilə bağlı DİN rəsmi açıqlama yayıb. Qurumdan bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.