Milli Məclis İnzibati Xətalar Məcəlləsində bir sıra əlavə və dəyişikliklər edəcək.
Gununsesi.info bildirir ki, bu dəyişikliklər və əlavələr sosial şəbəkələrdəki fəaliyyətlə bağlı bəzi qadağaları nəzərdə tutur.
Belə ki, yeni qanuna görə, milli mənəvi dəyərlərə zidd paylaşımlar qadağan edilir.
– Əxlaqsız ifadələrin işlədilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə görə cərimə müəyyən edilir;
– İnsan bədəninin hissələrinin insan əxlaq normalarına zidd göstərilməsinə görə cərimə müəyyən edilir;
– Sosial şəbəkədə fahişəliklə məşğul olmağa açıq çağırışlara görə cərimə tətbiq olunur;
– Sosial şəbəkələrdə cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlər xırda xuliqanlıq hesab edilir;
Afət Abbasova












