® Sosial təcrid öyrənmə üçün əngəl deyil

  • By admin
  • 17 Mart 2021 21:53

“Azercell” jurnalistlər üçün onlayn formatda davam etdirdiyi ingilis dili kurslarının qaliblərini

  mükafatlandırıb

HTML tutorial

Fəaliyyət illəri ərzində KİV nümayəndələrinin inkişafına, onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına, həmçinin, rəqəmsal ingilisdilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə çoxsaylı layihələr həyata keçirən ölkənin lider mobil operatoru “Azercell Telekom”un jurnalistlər üçün təşkil etdiyi ingilis dili kurslarının növbəti raundu sona çatıb. “Language Solutions” tədris mərkəzinin peşəkar müəllimləri tərəfindən ötən ilin əvvəlində ənənəvi formatda başlayan kurslar COVID-19 pandemiyasının səbəb olduğu karantin dövründə müvəffəqiyyətlə onlayn formatda davam etdirildi.

Çap və elektron nəşrlər, eləcə də teleradio kimi kütləvi informasiya vasitələrində çalışan aktiv peşəkarlar üçün nəzərdə tutulmuş kurslar zamanı mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılıb.

Həmçinin onlayn formatda keçirilən mükafatlandırma mərasimində kurslarda ən çox fəallıq göstərmiş üç jurnalistə şirkət tərəfindən öncədən göndərilmiş rəqəmsal hədiyyələr təqdim olunub. “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev media nümayəndələrini təbrik edərək operativ məlumatların hazırlanmasında müxtəlif dillərdə olan resurslardan istifadənin və beynəlxalq səviyyədə KİV arasında mübadilənin vacibliyini vurğulayıb.

Qeyd edək ki, “Azercell” 11 ildən artıq bir müddət ərzində jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Bundan əlavə, media sahəsində baş verən yenilik və trendlərlə yerli jurnalistləri tanış etmək, fərqli təcrübələri bölüşmək, beynəlxalq jurnalistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən mütəmadi olaraq xaricdən dəvət olunan tanınmış təlimçilərin maraqlı mövzularda seminar və təlimləri təşkil olunur. “Azercell” ölkədə media nümayəndələri üçün artıq 7 mindən çox jurnalistin istifadə etdiyi “Mediacell” tarifini hazırlayıb. Mobil operator Vətən müharibəsi zamanı cəbhə xəttinə ezam olunmuş söz meydanının sarsılmaz döyüşçülərini 100 AZN həcmində danışıq və mobil internet balansı ilə də təmin edib. “Azercell”in ölkə mətbuatının inkişafına və dəstəklənməsinə yönəldilmiş layihələri gələcəkdə də davam edəcək.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 89,3 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

 

Gununsesi.info