“Sosial Tədqiqatlar Mərkəzinin yaradılması güclü çalışmalar və digər təşkilati işləri tələb edirdi” - Zahid Oruc

  • By admin
  • 13 Yanvar 2022 14:56

Müxtəlif dövlət institutlarının, hökumət orqanlarının nəzdində, bəzən isə ayrılmaz dərəcədə strukturunda müxtəlif analitik, tədqiqat mərkəzləri mövcuddur. Bununla bərabər, Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə Sosial Tədqiqatlar Mərkəzinin yaradılması özlüyündə idarəçiliyə tədqiqat əsaslı yanaşmanı özündə ehtiva edən baxışın mesajı oldu.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc bildirib.
O deyib ki, əksər Avropa ölkələrində mühüm meyar düsturu yaradılıb. Bu düstur ondan ibarətdir ki, əhalinin yüz min nəfərinə düşən tədqiqatçı sayı nə qədərdir? Bunun əsasında ölkənin inkişaf səviyyəsinə qiymət verilir. Məsələnin digər önəmli tərəfi ondan ibarətdir ki, ayrı-ayrı struktur elementləri olmağına rəğmən, ayrılıqda ictimai rəyin öyrənilməsi, araşdırmaların aparılması 30 il ərzində həyata keçirilib. Ancaq bunun sistemli qaydada məhz bir dövlət təsisatı kimi həyata keçirilməsi yeni proses idi. Bu əsnada Sosial Tədqiqatlar Mərkəzinin yaradılması, təşkilatlandırılması, formalaşması, vahid baxışlarının beynəlxalq təcrübə əsasında meydana gətirilməsi öz-özlüyündə zaman, güclü çalışmalar və digər təşkilati işləri tələb edirdi”,-deyə Zahid Oruc vurğulayıb.

Gununsesi.info