Sosialoji sorğular kimi önə çıxarır? - ƏRDOĞAN, YOXSA KILICDAROĞLU?

  • By admin
  • 14 Mart 2023 12:00

Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkiləri bu ölkənin daxili siyasi gərginliyini daha da artırıb.

Ölkədə fəaliyyət göstərən siyasi və ictimai təşkilatlar əsas rəqiblər olan Rəcəb Tayyib ərdoğan və Kamal Kılıcdaroğlu arasında seçim edir.

Bu arada müxtəlif sosialoji sorğu mərkəzləri Türkiyənin müxtəlif bölgələrində respondentlərdən “Ərdoğan, yoxsa Kılıcdaroğlu” deyə soruşur.

Gununsesi.info-nun “Röyters” informasiya agentliyinə istinadən verdiyi xəbər görə, sosialoji sorğuların qalibi “Millet İttifakı”nın namizədi Kamal Kılıcdaroğludur.

Belə ki, 10 nüfuzlu sorğu mərkəzinin nəticələrini analiz edən agentlik 10 faiz üstünlüklə Kılıcdaroğlunu prezidentliyə daha şanslı qiymətləndirib.

 

Elmar Elnuroğlu

Gununsesi.info