Şotlandiyada məhkəmə iki qoyunu şapalaqlayan fermerə 550 funt sterlinq həcmində cərimə kəsib.
Gununsesi.org “NewsYou”ya istinadən xəbər verir ki, heyvanların müdafiəsi ilə məşğul olan xeyriyyə təşkilatının “gizli əməkdaşı” fermer Uilyam Braunu qoyunları döyərkən lentə alıb.
Təşkilat bu faktı “heyvanlara qarşı qəddar davranış” kimi qiymətləndirib.
Heyvan müdafiəçiləri məhkəmədən U.Braundan heyvanların müsadirə olunmasını tələb edib.
Lakin məhkəmə fermerin kəsilən cəzadan dərs çıxaracağına ümid edir.
Gununsesi.org