Şou-biznes nümayəndələrinin nəzərinə: İlk dəfə…

  • By admin
  • 09 Fevral 2021 15:49

Tanınmış menecer Ceyhun Əsədov yeni “Media Şou” (Media Show) adlı menecerlik şirkəti yaradıb.

Gununsesi.info xəbər verir ki, şirkət ölkədə ilk dəfə olaraq şou-biznes nümayəndələrinə prodakşn, media, piar, marketinq və seo xidmətlərinin peşəkarlıqla həyata keçirilməsini təklif edir. Şirkətin əsas özəlliyi isə müştərilərin bir ünvana müraciət etməsiylə həm rahatlıq, həm də yüksək peşəkarlıqla işlərinin həll olunmasıdır.

Şirkət eyni zamanda Yutub, Quql, Feysbuk, İnstaqram, Tik Tok və dünyanın bütün digital platforumlarında (Spotifay, Əpl Muzik, AyTyuns, Şazam, Amazon, Pandora, Dizrs) musiqi əsərlərini müəllifin adına lisenziyalaşdırır.

Şou-biznesə yeni qədəm qoymuş müğənnilərin piar strategiyasının hazırlanması isə peşəkar və təcrübəli komandan ilə birgə həyata keçirilir.

Qeyd edək ki, şirkət jurnalistlərin və incəsənət adamlarının sosial şəbəkədə profillərinin rəsmi olaraq təsdiqlənməsi xidmətini də təklif edir.

Gununsesi.info